Metroda sərnişin relslərin üstünə yıxıldı
    • 21-06-2024, 10:48
    • 257

Metroda sərnişin relslərin üstünə yıxıldı

Gürcüstanın paytaxtı Tiflisdə metronun Vaja-Pşavela stansiyasında sərnişin relslərin üzərinə yıxılıb.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Bildirilib ki, Saburtali xəttində qatarların hərəkəti dayandırılıb. Tiflis Nəqliyyat Şirkəti həmin şəxsin hansı vəziyyətdə olduğunu dəqiqləşdirməyib.

Digər təfərrüatlar hələlik məlum deyil.