Endryu Miller istefa verdi
    • 22-06-2024, 13:47
    • 266

Endryu Miller istefa verdi

ABŞ Dövlət Departamentinin İsrail-Fələstin məsələləri üzrə katibinin köməkçisi Endryu Miller tutduğu vəzifədən istefa verib.

News24.az “Washington Post”a istinadən xəbər verir ki, Endryu Miller həmkarlarına oktyabrda başlayan hazırkı münaqişənin hər şeyi tükətdiyini və ailəsi haqqında az düşündüyü üçün işini tərk etdiyini bildirib.

Miller bildirib ki, əgər şəxsi məsuliyyətləri olmasaydı, o, işində qalmağa və hətta rəhbərliklə razılaşmadığı sahələrdə belə inandığı şeylər uğrunda mübarizə aparmağa üstünlük verərdi.

ABŞ-ın CNN İnternational kanalının məlumatına görə, Miller fevral ayında işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə hücum edən bir çox israilli köçkünlərə qarşı sanksiyalar tətbiq edən prezident fərmanında mühüm rol oynayıb.

Miller Fələstin hüquq və dövlətçiliyinin prinsipial tərəfdarı kimi tanınır.

Əvvəllər ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin baş siyasət müşaviri olan Miller 2014-2017-ci illərdə Barak Obama administrasiyasında Ağ Ev Milli Təhlükəsizlik Şurasında Misir və İsrail hərbi məsələləri üzrə direktor vəzifəsində çalışıb.

Günel Məlikzadə