İrəvanda oteldə partlayış: xəsarət alan var
    • 23-06-2024, 14:07
    • 190

İrəvanda oteldə partlayış: xəsarət alan var


İrəvandakı “Ararat Resort” otel kompleksinin nəzarət-buraxılış məntəqəsində qaz sızması nəticəsində partlayış baş verib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində təhlükəsizlik işçisi yaralanıb.

Hadisə iyunun 23-də səhər saat 07:30 radələrində baş verib. Oteldən qeyd ediblər ki, xəsarət alan işçinin 39 yaşı var və İrəvandakı Milli Yanıq Mərkəzinə aparılıb.

Partlayış nəticəsində məntəqənin şüşələri sınıb.