6 cəsəd tapıldı
    • 26-06-2024, 23:40
    • 428

6 cəsəd tapıldı

Kolumbiya mətbuatında yer alan xəbərə görə, ölkənin Antioquia inzibati bölgəsindəki Kabeceras kəndində cəsədlər aşkar edilib.

News24.az xəbər verir ki, hadisə yerinə gələn polis qrupları 6 nəfərin tapança ilə öldürüldüyünü təyin ediblər.

Bölgədə torpaqların skan edilməsi ilə məşğul olan bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, hücumu həyata keçirənlər avtomobil və motosikletlə ərazidən qaçıblar.

Şübhəlilərin tapılması üçün əməliyyat başladılıb.

Günel Məlikzadə