Əsgərlərə bomba hücumu: 6 ölü
    • 5-07-2024, 10:19
    • 252

Əsgərlərə bomba hücumu: 6 ölü

Cənubi Amerika ölkəsi Kolumbiyada uzaqdan idarə olunan partlayıcının partlaması nəticəsində əsgərlərdən 6-sı həyatını itirib, 4-ü isə yaralanıb.

News24.az xəbər verir ki, Antiokiya inzibati rayonunun Koposa kəndinin ərazisində əməliyyat aparan hərbçilər uzaqdan idarə olunan partlayıcı maddələrlə hücum edilib.

Yaralananlar helikopterlə xəstəxanaya aparılıb. Rayonda genişmiqyaslı əməliyyatlar davam edir.

Kolumbiya Prezidenti Qustavo Petro X hesabında yazdığı yazıda hərbçilərin ölümündən böyük kədərləndiyini bildirib və ailələrə başsağlığı verib.

Məryəm