Tanınmış yutuber qəzaya düşdü - Foto
    • 6-07-2024, 18:03
    • 191

Tanınmış yutuber qəzaya düşdü - Foto

Türkiyənin tanınmış sosial media fenomeni, yutuber Enes Batur yol qəzası keçirib. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaelidə iki avtomobilin toqquşması nəticəsində baş verib. 

Qəzada aralarında Enes Batur və sevgilisi Zelal Işıl Özdemirin də olduğu 4 nəfər yaralanıb.

Məlumata görə, 26 yaşlı Enesin olduğu avtomobili sevgilisi idarə edib. 

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin yaxşı olduğu bildiirlir. 

Qeyd edək ki, Enes Batur daha əvvəl də yol qəzası keçirib. O, 2020-ci ildə baş verən qəzadan heç bir xəsarət almadan qurtulmuşdu.