İbrahim Tatlısəs və Yıldız Tilbe barışdı - FOTO
    • Bu gün, 12:21
    • 94

İbrahim Tatlısəs və Yıldız Tilbe barışdı - FOTO

İbrahim Tatlısəs ötən həftə əməliyyat olub və ürəyinə stent qoyulub.

News24.az xəbər verir ki, Tatlısəs konsertlərinə davam edəcəyini açıqlayıb.

Əməliyyatdan qısa müddət keçsə də, sənətçi sabah axşam saatlarında Bodrumda sevənləri ilə görüşəcək.

İbrahim Tatlısəs həkimlərinin icazəsi ilə səhnəyə çıxacağını bildirib:

“Səhnələr məni daha da yaxşı hiss edir. Sevdiklərimlə bir yerdə olmaq mənə güc verir. Şənbə günü verəcəyim konserti səbirsizliklə gözləyirəm. Mahnılarımı həkimlərimin biliyi və nəzarəti ilə məni sevənlər üçün oxuyacam”.

İyulun 20-də olacaq konserti üçün Bodruma gedən Yıldız Tilbe illər sonra İbrahim Tatlısəslə görüşüb. İkili keçmişi geridə qoyub.

NƏ OLMUŞDU?

2009-cu ildə İbrahim Tatlısəsin və Yıldız Tilbenin mübahisəsi çox danışılmışdı. Tilbe üçün ağır sözlər deyən Tatlısəs davanı alovlandırmışdı.

Günel Məlikzadə