Torpaq sürüşməsi: 107 nəfər ölüb..
    • Bu gün, 16:13
    • 49

Torpaq sürüşməsi: 107 nəfər ölüb..

Hindistan mətbuatında yer alan xəbərlərə görə, cənub sahillərində yerləşən Kerala əyaləti güclü yağışlara məruz qalıb.

News24.az xəbər verir ki, yağışların törətdiyi sürüşmə nəticəsində azı 107 nəfər ölüb, yüzlərlə insan yerin altında qalıb. Bölgədə əhəmiyyətli bir körpünün uçması xilasetmə işlərini yarımçıq qoyub.

Baş nazir Narendra Modi, Kerala hökumətini vəziyyətlə bağlı "hər cür yardıma" əmin etdiyini söyləyib. Onun ofisi qurbanların ailələrinə 2400 dollar (200 000 rupi) təzminat ödəniləcəyini açıqlayıb.

Günel Məlikzadə