ÜST-dən xəbərdarlıq:
    • Bu gün, 16:26
    • 90

ÜST-dən xəbərdarlıq: "Son həftələrdə artmaqdadır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerkhove, son bir neçə həftə ərzində Covid-19 üçün müsbət testlərin faizinin artdığını söyləyib.

News24.az xəbər verir ki, dərəcələr bölgədən bölgəyə fərqli olsa da, test müsbət nisbətinin 10%-dan çox olduğu ifadə edilib.

Covid-19-un dünyada hələ də yaygın olduğunu bildirən Kerkhove, "84 ölkədəki müşahidə sistemimizdən əldə edilən məlumatlar, Covid-19 üçün müsbət testlərin faizinin son bir neçə həftədə artdığını bildirir. Avropada pozitivlik faizi 20 faizdən çoxdur" dedi.

Mütəxəssislər xüsusilə tövsiyyə edir ki, ,hər kəs peyvənd olunsun.

Digər profilaktik tədbirlər də xəstəliklərdən qorunmağa kömək edə bilər.

Günel Məlikzadə