Elektrik kabeli başını kəsdi!
    • Bu gün, 19:57
    • 58

Elektrik kabeli başını kəsdi!

15 yaşlı Débora Rebeca Xi Artola üç rəfiqəsi ilə Qvatemalanın La Tinta şəhərindəki evin damına çıxıb və gənc qız dostları ilə şəkil çəkdirib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, Artola ikimərtəbəli binanın damında dostları ilə rəqs edib əylənərkən yanından keçən yüksək gərginlikli elektrik kabeli onu vurub və min voltluq şok onu anında öldürüb. .

Artolanı elektrik cərəyanı vurduğunu və bədəninin tüstü içində olduğunu görən ətrafdakı insanlar dəhşət içində olan gənc qıza kömək etmək üçün binaya doğru qaçmağa başlayıblar. Ancaq təəssüf ki, gənc qızın başının bədənindən ayrıldığının şahidi olublar.

Artolanın ürəyi yanmış anası Andrea Xi qızının xatirəsinə Facebook-da paylaşımlar edib. 

Kədərli ana "Səni sonsuza qədər sevirəm. Şahzadəm" yazıb. "Mənim ilk və ən böyük sevgim" deyə o, başqa bir paylaşımında əlavə edib.

Səlahiyyətlilər dəhşətli faciə ilə bağlı araşdırmalara başlayıb.

Məryəm İlhamqızı