Əməkdar artistin 101 yaşı tamam oldu
    • 25-08-2024, 17:00
    • 1 643

Əməkdar artistin 101 yaşı tamam oldu


Azərbaycan radiosunun canlı əfsanəsi, Əməkdar artist Züleyxa Hacıyevanın 101 yaşı tamam olub.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Züleyxa Hacıyeva 1942-1992-ci illərdə Azərbaycan radiosunda bir çox verilişlərin - "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s. aparıcısı olub.

Həmçinin o, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. Z. Hacıyeva idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.