180 övladı olan kişi şəxsi həyatından DANIŞDI
    • Bu gün, 19:25
    • 280

180 övladı olan kişi şəxsi həyatından DANIŞDI

“Tənha Co” kimi tanınan britaniyalı son 14 ildə 180 uşaq atası olub, hamilə qalmaqda çətinlik çəkən qadınlara kömək edib. O, müştərilərinə kömək etmək üçün müxtəlif üsullardan istifadə edir: onlarla intim münasibətə girir və ya biomaterialını kuryerlər vasitəsilə göndərir, bəzən də şəxsən çatdırır.

News24.az Lent.az-a istinadən xəbər verir ki, tanıdığı 180 uşaqdan 60-ı ilə görüşə bilib, bəziləri ilə yaxından əlaqə saxlayır və mütəmadi olaraq görüşür, bəziləri ilə yazışma və ya uzaqda yaşayırlarsa telefonla əlaqə saxlayır.

"Mənim üçün vacibdir ki, övladlarımın doğulduğu qeyri-adi şəraitə baxmayaraq, axtarışda olduqlarını bilsinlər" deyə Co bildirib.

Maraqlıdır ki, Co Cənubi Amerikada yaşayan bəzi övladlarına da aliment ödəyir, lakin çoxluğuna görə onların hamısını dəstəkləmək iqtidarında olmadığını etiraf edir.