Uşaqlar üçün  sosial media QADAĞASI
    • Dünən, 22:03
    • 132

Uşaqlar üçün sosial media QADAĞASI

Avstraliyanın baş naziri Entoni Albanese uşaqlar üçün sosial medianı qadağan edəcəklərini açıqlayıb.

News24.az bu barədə ABC News Australia-ya istinadən məlumat verir.

Albanese ilin sonuna qədər sosial media platformalarına yaş məhdudiyyəti tətbiq etmək üçün qanun layihəsi təqdim etməyi planlaşdırdıqlarını və qanunun tətbiq ediləcəyi yaş qrupu ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirib.

Sosial medianın, uşaqları real həyatdan, onların ailələrindən və dostlarından uzaqlaşdırdığını bildirən Albanese valideynlərin bu məsələdən narahat olduğunu vurğulayıb.

Uzun müddətdir Avstraliyanın gündəmini zəbt edən sosial media qadağası da müzakirələrə səbəb olub.

Məryəm İlhamqızı