Koronaviruslu tələbə imtahana girdi, 16 NƏFƏR KARANTİNƏ ALINDI
    • 15-06-2020, 18:50
    • 494

Koronaviruslu tələbə imtahana girdi, 16 NƏFƏR KARANTİNƏ ALINDI

Türkiyədə imtahan zamanı vəziyyəti pisləşən tələbədə koronavirus aşkarlanıb.

News24.az "HaberTürk"ə istinadən xəbər verir ki, hadisə Kocaeli Universiteti Umuttepe Kampüsündə Milli Müdafiə Universiteti imtahanında baş verib.

Başını masaya qoyan tələbə müəllimlər tərəfindən boş otağa aparılıb. İmtahanda iştirak edən tələbənin həmin vaxt hərarətinin olduğu bilinib və təcili yardıma müraciət edilib. 

Tələbə ilə ünsiyyətdə olan 15 şagird və müəllim ailələri ilə birgə ev şəraitində 14 gün evdə təcrid edilib.