“Anarın bütün mahnılarını Zamiq oxusun” - ANAR NAĞILBAZIN ANASI
    • 20-08-2020, 18:19
    • 805

“Anarın bütün mahnılarını Zamiq oxusun” - ANAR NAĞILBAZIN ANASI

Xəbərdarsız ki, müğənni Zamiq Hüseynov bir neçə gün öncə mərhum reper Anar Nağılbazın “Mən səni sevirəm” mahnısını ifa edərək yeni kliplə birgə təqdim etmişdi.

News24.az xəbər verir ki, Anarın anası Şərqiyyə xanım bu jestinə görə Zamiqə təşəkkür edərək, ünvanına xoş sözlər göndərdi: "Zamiqi öpüb bağrıma basıram. İfasını hədsiz çox bəyəndim. Ümumiyyətlə, onun bütün mahnılarını sevərək dinləyirəm. Anarın mahnısını oxuyub. Elə bildim ki, mənə dünyanı bağışladı. Xahis edirəm, bundan sonra da Anarın bütün mahnılarını elə Zamiq oxusun. Allah onu xoşbəxt eləsin. Çox sağ olun ki, Anarı yad edirsiz".

Sevda Bayramova