Tərtər sakinləri: "Paşinyan, RƏDD OL bizim torpaqlarımızdan" - VİDEOSORĞU
    • 20-10-2020, 13:00
    • 586

Tərtər sakinləri: "Paşinyan, RƏDD OL bizim torpaqlarımızdan" - VİDEOSORĞU

27 sentyabrdan etibarən Qarabağ uğrunda gedən döyüşlər səngimək bilmir. Axırıncı düşmən əsgəri işğal edilən ərazilərimizdən çıxmayana və ya öldürülməyənə qədər bu savaş davam edəcək. Ölkə başçısı bu cümlənin təsdiqini öz çıxışlarında tez-tez vurğulayır.

Ermənistan tərəfi isə əsgərlərimizlə döyüşmək yerinə sivil, müharibəyə aidiyyəti olmayan, cəbhədən kənar vətəndaşlarımızı qətlə yetirməkdə davam edir. Bu, erməni xislətinin bacardığı ən yaxşı işdir - uşaq qatili olmaq, mülki əhalini hədəf almaq. 

Qızğın döyüşlərin müşahidə edildiyi rayonlarımızdan biri də Tərtərdir. Düşmən ajiotaj və qorxu yaratmaq üçün mülki əhalini və evləri nişan alsa da, Tərtər camaatının öz torpağını tərk etmək fikri yoxdur. Biz bunu rayonda yaşayan vətəndaşlar arasında apardığımız sorğuda aydın müşahidə etdik. 

News24.az Tərtər sakinləri arasında apardığı sorğunu təqdim edir:

Müşfiq Abbasov
VİDEO: Fərid Şabanov
Tərtər