Plastik əməliyyat zamanı üzünün bir hissəsini itirdi
    • 14-11-2020, 10:37
    • 350

Plastik əməliyyat zamanı üzünün bir hissəsini itirdi

Zao adlı Çin sakini burun əməliyyatı etdirmək istəsə də, üzünün bir hissəsini itirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qız Çengduda yerləşən klinikada əməliyyat olub. Prosedurdan sonra ona qoruyucu sarğı taxılıb.

Buna görə də görünüşündəki dəyişiklikləri dərhal hiss etməyib.

Zao sol qulağında narahatlıq hiss etdikdən sonra və ağrı dözülməz olduqda sarğını açdırıb. O, nəinki  burnunun dəyişdiyini, qulağının da bir hissəsini olmadığını görüb.

O, xəstəxanadan ödədiyi məbləği geri istəyib və əməliyyatla qulağının yenidən bərpa olunmasını tələb edib.