Bərdədə bazar yanır - FOTOLAR
    • 26-05-2021, 07:51
    • 305

Bərdədə bazar yanır - FOTOLAR

Bərdədə güclü yanğın hadisəsi başlayıb.

News24.az xəbər verir ki, hadisə "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. /Report.az/