Daha 591 nəfər vaksin olundu
    • 18-10-2021, 18:40
    • 253

Daha 591 nəfər vaksin olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 195 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 682 təşkil edir.