Qazaxıstanda general intihar etdi
    • 10-01-2022, 11:34
    • 406

Qazaxıstanda general intihar etdi

Qazaxıstanın Jambil vilayətinin Polis İdarəsinin rəisi, general Janat Süleymenov intihar edib.

News24.az xəbər verir ki, bu barədə "baigenews.kz" məlumat yayıb. 

"Kozachkov ofsay" "Telegram" kanalında isə Janat Süleymenova qarşı Tarazda baş verən iğtişaşlardan sonra cinayət işi açıldığı qeyd edilib. 

Qazaxıstanın Daxili İşlər Nazirliyi Süleymenovun ölüm şəraitinin araşdırıldığını, ibtidai istintaqın aparıldığını bildirib.