Bu gün Türkiyədə “Qarabağ” parkının açılışı olacaq - VİDEO
    • 30-06-2022, 10:22
    • 301

Bu gün Türkiyədə “Qarabağ” parkının açılışı olacaq - VİDEO

Bu gün Türkiyənin Batman şəhərində “Qarabağ” parkının açılışı mərasimi keçiriləcək.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni yaradılan parkın ümumi sahəsi 15 397 kvadrat metrdir.

Parkda uşaqlar üçün oyun meydançası, hovuz var. Məkanda, həmçinin sərgi yerləri ilə yanaşı Azərbaycanın yeddi məşhur incəsənət ustasının əsərləri də yer alacaq.

“Azərbaycan mədəniyyətinin izlərini özündə əks etdirən “Qarabağ” parkı Batmanın təbiəti, qardaşlığı və incəsənətini bir araya gətirəcək yeni görüş yeri olmağa hazırdır”, - deyə parkın açılışı ilə bağlı videoçarxda bildirilir.