KONSERTDƏ FACİƏ: Nəhəng monitor rəqqasların üzərinə düşdü - ANBAAN VİDEO
    • 29-07-2022, 17:45
    • 836

KONSERTDƏ FACİƏ: Nəhəng monitor rəqqasların üzərinə düşdü - ANBAAN VİDEO

Ötən gün Honq Konqda "Mirror" pop musiqi qrupunun konserti baş tutub.

News24.az xəbər verir ki, müxtəlif kompozisiyaların səsləndirildiyi musiqili proqramda faciə yaşanıb.

Belə ki, səhnədən asılan nəhəng monitor rəqs edən rəqqasların üzərinə düşüb. Bədbəxt hadisə nəticəsində iki rəqqas ağır xəsarət alıb.

Onlar dərhal təcili tibbi yardımla xəstəxanaya yerləşdiriliblər. Rəqqaslardan birinin vəziyyəti yaxşı olsa da, digəri hələ də reanimasiyadadır. 

Konsert zamanı yaşanan faciə tamaşaçılardan da yan keçməyib. Onlardan bəziləri böyük şok keçirdiyi üçün xəstəxanaya yerləşdiriliblər. 

 Baş verənlərdən sonra qrupun növbəti günlərdə baş tutacaq konsertləri ləğv edilib. 

Qeyd edək ki, 2018-ci ildə yaradılan "Mirror" qrupu daha çox Asiya ölkələrində populyardır. /BAKU.WS/