Tualetdə  "Counter-Strike" oynaya bilsin deyə Unitazı kompüterə çevirdi - VİDEO
    • 4-08-2022, 13:11
    • 382

Tualetdə "Counter-Strike" oynaya bilsin deyə Unitazı kompüterə çevirdi - VİDEO

Amerikalı bloqçu unitaz çənini oyun kompüterinə çevirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bloqçu unitazın çəninə sistem blokunu yerləşdirib. O, çəndəki suyun kompüterlə təmasının qarşısını almaq üçün yapışqandan istifadə edib. 

Soyuducu sistem isə çənin üst hissəsinə yerləşdirilib.
 
Bloqçu sistem blokunun düzəldilmə prosesini “YouTube” kanalında paylaşıb. 

Vüsalə Babaşova