Depressiyaya düşmüş buzovunu səyahətə apardı
    • 1-09-2022, 13:14
    • 488

Depressiyaya düşmüş buzovunu səyahətə apardı

Türkiyədə Aydın Koçyiğit adlı şəxs depressiyaya düşmüş buzovunu maşında gəzdirib.

News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, tövlədə yem yeməyən buzovunun depressiyaya düşdüyünü zənn edib.

Aydın Koçyiğit buzovun gəzintidən sonra  stressinin bir qədər azaldığını deyib: “Yem baha olduğu üçün stress keçirdi, depressiyaya düşdü. Gəzintidən sonra stressi bir qədər yüngülləşdi, amma hələ də depressiyadadır, lakin öhdəsindən gələcək. O, mənim həyatımdır".