Bakıda dəhşətli hadisədə ölən Natiqin ürək dağlayan SÖZLƏRİ və FOTOLARI
    • 29-09-2022, 15:46
    • 239

Bakıda dəhşətli hadisədə ölən Natiqin ürək dağlayan SÖZLƏRİ və FOTOLARI

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonu Şərifzadə küçəsində baş vermis dəhşətli yol qəzasında ölən gözdən əlil Natiq Əliyevin hadisədən 1 ay əvvəl sosial şəbəkədə paylaşdığı status hər kəsi təsirləndirib.

News24.az-ın məlumatına görə, Kərbəlayi Natiq adı ilə tanınan 1985-ci il təvəllüdlü Əliyev Natiq Umudəli oğlu avqustun 18-də təsirli sözlər yazıb və öləcəyini bildirib:“Bu günə qədər heç belə vəziyyətə düşməmişdim. O qədər ümidlə gözlədim ki, həmin ümid həyatımı daha da alt üst elədi. Artıq o gücüm də yoxdu  həyatın yükünü çəkməyə. Birdən ölüb eləsəm xahiş edirəm haqqınızı halal edin. Bu cür tək və çarəsiz yaşamaqdansa, yaşamamaq yaxşıdı. Mənə heç kəs inanmadı, güvənmədi haqq olduğum halda boynu bükük, dili qısa oldum. Eh nə isə həyatdı da… ədalətsizliyi ilə məni də yıxdı”.

Qeyd edək ki, hadisə gecə saat 12 radələrində baş verib. Görmə qüsurlu 1985-ci il təvəllüdlü Əliyev Natiq Ümidəli oğlu 1997-ci il təvəllüdlü Ələkbərov Həsən Ələkbər oğlunun köməkliyi ilə yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onların hər ikisini Yusif Yusubov “Nissan X-Trail” markalı avtomobil ilə vurub.

Görmə qüsurlu N.Əliyev hadisə yerində ölüb. H.Ələkbərov isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisəni törədən sürücü affekt vəziyyətinə düşüb. O da xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.