Sumqayıtda qəfil ölən 4 və 6 yaşlı bacılar axşam nə yeyib? – ŞOK TƏFƏRRÜATLAR
    • 17-11-2022, 16:18
    • 4 369

Sumqayıtda qəfil ölən 4 və 6 yaşlı bacılar axşam nə yeyib? – ŞOK TƏFƏRRÜATLAR

Dünən səhər saatlarında Sumqayıt şəhərində iki azyaşlı qızın qəfil vəfat etməsi ilə bağlı araşdırmalar davam etdirilir.

News24.az-ın əldə etdiyi məlumata görə, 6 yaşlı Allahverdiyeva Aynaz Şahbaz qızı və 4 yaşlı bacısı Əsranın noyabrın 16-na keçən gecə şirniyyat yeməsi məlum olub.

Uşaqların yaxınları bildiriblər ki, özlərini narahat hiss edən uşaqlar həmin gün gecə kukruz, vafli, kurasan adlanan zavod istehsalı şirniyyat yeyiblər. Daha sonra Əsraya qızdırması olduğu üçün dərman verilib. Bir qədər keçdikdən sonra uşaqlar yuxulamağa başlayıblar. Dünən sübh saatlarında isə onların halsız vəziyyətdə olduğunu görən valideynləri xəstəxanaya çatdırıblar, lakin uşaqların artıq keçindiyi məlum olub.

Bildirilir ki, hadisə ilə bağlı araşdırmalar çərçivəsində evdən qida nümunələri, dərman nümunələri və sair maddi sübutlar götürülüb. 

Həmçinin Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Hazırda azyaşlı bacıların müəmmalı ölümü Sumqayıt şəhər Prokurorluğunda araşdırılır.