Azərbaycanlılara məxsus restorana raket düşdü – ÖLƏNLƏR VAR/VİDEO
    • 22-12-2022, 17:21
    • 186

Azərbaycanlılara məxsus restorana raket düşdü – ÖLƏNLƏR VAR/VİDEO

Rusiya ilə Ukrayna arasındakı müharibə daha bir faciəyə səbəb olub.

News24.az-ın əldə etdiyi məlumata görə, müharibədə zərbə məqsədilə istifadə edilən raketlərdən biri Donetsk şəhərində azərbaycanlılara məxsus “Şeş-beş” restoranına düşüb. Nəticədə restoran və ətrafındakı tikililər tamamilə dağılıb. Həmçinin restoranda olan insanların bir neçəsi həlak olub, çoxsaylı yaralılar var.

Məlumata görə, restoranı Oğuz rayonunda olan Elşən adlı iş adamı işlədirmiş. Ölən və yaralanan şəxslərin adları hələlik məlum deyil.

Raket düşdüyü yerdən görüntüləri təqdim edirik.

Taleh