"Öz işinizlə məşğul olun" - Sevilən ifaçı
    • 12-01-2023, 17:30
    • 190

"Öz işinizlə məşğul olun" - Sevilən ifaçı

Sevilən ifaçı Rəsul Əfəndiyev Xəzər telekanalında yayımlanan "Səhər mərkəzi" verlişinin qonağı olub. 

News24.az  xəbər verir ki, canlı ifalar və maraqlı repertuar ilə yadda qalan verilişdə müğənni Afaq Gəncəli və Tural Əsədovun ona ünvanladığı  sualları cavablandırıb.

"Deyirlər Rəsul özündən razıdır" sualına o, "Baxır nədə? Əgər söhbət dikbaşlılıq və ya kimisə bəyənməməkdən gedirsə, bu yalandır. Mən özümdən əminəm. Bəzən bunu özündən razılıq kimi anlayırlar, amma yanılırlar" cavabını verib.

Qalmaqallarda heç zaman adı hallanmayan ifaçı, bununla bağlı suala isə "heç zaman qalmaqallı olmamışam, bundan sonra da olmayacağam. Özümdən yaşca kiçik sənət dostlarıma sadəcə məsləhət verə bilərəm ki, əgər musiqiçiyiksə, gəlin öz işimizlə məşğul olaq" sözlərini bildirib.