Bakıda qaraj YANDI
    • 15-01-2023, 10:22
    • 134

Bakıda qaraj YANDI

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda ümumi sahəsi 3 m² olan taxta konstruksiyalı gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Nissan" markalı minik avtomobilinin arxa işıqları və buferi deformasiyaya uğrayıb.

Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.