"Vikipediya" 12 ildən sonra dəyişdi
    • 19-01-2023, 15:56
    • 239

"Vikipediya" 12 ildən sonra dəyişdi

"Vikipediya" layihəsinin sahibi olan "Wikimedia" Fondu internet ensiklopediyasının son 12 ildə ilk dəfə irimiqyaslı yenidən dizaynını həyata keçirib.

News24.az xəbər verir ki, yeni dizayn "Vektor 2022" adlanır. Orada məqalələrin məzmun cədvəli səhifənin sol tərəfində göstərilir ki, bu da materiallar arasında naviqasiyanı sürətləndirir. Maksimum xətt eninin dinamik parametrləri yaradılıv. Yeni funksiya məzmunu geniş ekranlı monitorlarda daha yaxşı göstərmək üçün lazımdır.

Bundan əlavə, dizaynerlər dil dəyişdirmə düyməsini daha faydalı hissəyə - yuxarı sağ küncə köçürüblər.

Ümumilikdə, "Vikipediya"nın yeni versiyasında doqquz böyük dəyişiklik var. Tərtibatçılar iddia edirlər ki, yenidən dizayn zamanı köhnə variantlardan heç birini silməyiblər.

"Vector 2022" üzərində dünyanın hər yerindən 30-dan çox dizayner, proqramçı və mütəxəssis çalışıb. /Mashable/

Teymur MƏMMƏDOV