"Həkimlər çox çalışdı, amma gec idi"
    • 6-02-2023, 11:53
    • 344

"Həkimlər çox çalışdı, amma gec idi"

"İki həftəyə yaxın idi ağır xəstəliklə mübarizə aparırdı".

Bu fikirləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva bacısı Zeynəb Dostəliyeva ilə bağlı danışarkən deyib. 

"Xəstəxanaya apardım. Sağolsun həkimlər çox çalışdı, amma gec idi. Mənə dünən səhər saat 8 radələrində zəng vurdular. Dedilər ki, "Nazpəri xanım, artıq böyrəkləri sistemi qəbul etmir. Heç bir şeyi qəbul eləmir". Mən bunu bilirdim, amma bacardığm qədər elədim. Minnətdaram hər birinizə. Çox sağolun. Hər zaman mənim yanımda oldunuz, mənə dəstək oldunuz. Həmişə ağır, çətin günlərimdə siz dəstək oldunuz. Minnətdaram!".

Xatırladaq ki, müğənni bir neçə gün əvvəl qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

Qumral Əliyeva 
Nicat Niftəliyev