Məşhur oyun tarixə çevirilir - Bu tarixdən... - FOTO
    • 22-02-2023, 10:10
    • 168

Məşhur oyun tarixə çevirilir - Bu tarixdən... - FOTO

2009-cu ildə buraxılan və daha sonra "Rovio Classics: Angry Birds" adı ilə yenidən istifadəyə verilən "Angry Birds" oyununun orijinal versiyası 23 fevral tarixindən "Play Store" rəqəmsal məzmun mağazasından silinəcək.

News24.az xəbər verir ki, bu barədə "Rovio Entertainment"-in tərtibatçıları öz "Twitter" hesablarında yazıblar.

Oyunun hələlik "App Store"-da qalacağını, lakin adının Red's First Flight adlandırılacağı bildirilib.

"Angry Birds"-in Android versiyasına gəlincə, o, fevralın 23-dən əvvəl yükləndiyi cihazlarda işləməyə davam edəcək.

Məlumatlara görə, oyunun klassik versiyasının silinməsi qərarı şirkətin daha müasir oyunları olan "Angry Birds 2", "Angry Birds Dream Blast", "Angry Birds Friends", "Angry Birds Journey", "Angry Birds Reloaded" və "Angry Birds Minecraft"ın populyarlığına mənfi təsir göstərdiyi üçün verilib. /GSMArena/

Teymur MƏMMƏDOV