Son dəqiqə: 14 dənizçi həyatını itirdi - Rusiyada dəhşətli faciə
    • 2-07-2019, 20:07
    • 1 081

Son dəqiqə: 14 dənizçi həyatını itirdi - Rusiyada dəhşətli faciə

Rusiyaya məxsus sualtı elmi-tədqiqat aparatında güclü yanğın baş verib.

News24.az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada hadisənin ötən gün Severamorsk şəhəri sahillərində Rusiyaya məxsus sularda baş verdiyi qeyd olunub.

Yanğın nəticəsində 14 dənizçi həyatını itirib. Yanğın artıq nəzarət altına alınıb. Hadisənin səbəbləri araşdırılır.