Bu ölkədə koronavirusdan ölmək QADAĞAN EDİLDİ
    • 6-05-2020, 02:00
    • 604

Bu ölkədə koronavirusdan ölmək QADAĞAN EDİLDİ

Meksikanın cənub-şərqindəki Verakrus əyalətindəki Sokonusko bələdiyyəsinin başçısı Rolando Rosas yerli sakinlərə koronavirusun yaratdığı xəstəlikdən ölmələrini qadağan edib.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə “Televisa” kanalı məlumat yayıb. Müvafiq açıqlama kəndinin mərkəzindəki bannerdə yerləşdirilib.

“Əmrə əsasən, koronavirus səbəbiylə bələdiyyə ərazisində ölmək qəti qadağandır”-deyə, məlumatda qeyd olunub.

Təxminən 5 200 insanın yaşadığı Sokonuskoda indiyə qədər heç bir yoluxma qeydə alınmayıb.

Rosasın sözlərinə görə, bu şəkildə o, əhalinin diqqətini xəstəliyin yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə cəlb edib: “Düşünürəm ki, strategiya işlədi” bələdiyyə sədri əlavə edib.