Avtomobil azyaşlını VURDU
    • 9-05-2020, 22:29
    • 901

Avtomobil azyaşlını VURDU

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Tahirov Abdulrəhim Vüsal oğlunu vurub. Nəticədə azyaşlı xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.