USD 1.7
EUR 1.8873
TRY 0.2491
RUB 0.0242
  • Bakı 17°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 17°C
  • LƏNKƏRAN 15°C
  • ŞƏKİ 15°C
  • QUBA 13°C
  • NAXÇIVAN 15°C

Şəkidə idman festivalı keçirildi - FOTO

SOSİAL

Mətn ölçüsü

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəkidə “9 noyabr  Bayraq Günü” münasibəti ilə “İradənlə qalib gəl” devizi altında  “İdman festivalı” və “Açıq qapı günü” keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, festival çərçivəsində yerli və beynəlxaq tədbirlərdə fərqlənən idmançılar öz çıxışları ilə ictimaiyyətə bu növlərin maraqlı cəhətlərini nümayiş etdiriblər. Tədbir Şəki Olimpiya İdman Kompleksi, şəhər stadionu və müxtəlif müsəssisələrdə təşkil olunub.

İdmançıların nümunəvi çıxışları şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb. Festivalın ikinci hissəsində isə tanınmış idmançılar və məşqçilər ustad dərsləri keçib. Peşəkar idmançılar izləyicilərə idmanın sirlərini öyrədiblər.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd idmanın kütləviliyini artırmaq, gənclərin Olimpiya hərəkatına qoşulmasına dəstək vermək, Regionda fəaliyyət göstərən idman növlərinə maraq yaratmaqdır.

Qalereya

3

Xəbəri paylaş: