Politoloq İranın Azərbaycandakı şəbəkələrindən danışdı: “İpin ucunu çəkməklə sonuna çatmaq olmur”
    • 29-03-2023, 14:53
    • 674

Politoloq İranın Azərbaycandakı şəbəkələrindən danışdı: “İpin ucunu çəkməklə sonuna çatmaq olmur”

“Terror hadisələrinin artması Azərbaycanla düşmən mövqedə olan ölkələrlə münasibətlərin gərginləşməsi ilə bağlıdır. Əsas məsələ buradan qaynaqlanır. Çox maraqlıdır ki, münasibətlər 44 günlük Vətən Müharibəsindən gərginləşməyə başladı. Qarabağ zəfərinin yaratdığı reallıqlar bəzi ölkələri qane etmir”. 

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, bu xüsusda özlərinin müəyyən maraqlarını təmin etmək üçün Azərbaycana təzyiq mexanizmi olaraq ənənəvi terror hücumlardan istifadə edirlər: “Bu məsələdə ixtisaslaşmış dövlətlərdən biri də İrandır. İllərdir ki, Azərbaycanda çox ciddi şəbəkə yarada biliblər. Hətta bu şəbəkələrin əksəriyyəti bir-birindən xəbərsiz yaradıldığı üçün ipin ucunu çəkməklə sonuna çatmaq olmur”.