![Füzulidə silah-sursat aşkar edildi - FOTO](/uploads/posts/2023-04/1681279057_6436381502a596436381502a5a16812749016436381502a546436381502a56.jpeg)
-
- 12-04-2023, 09:57
- 171
Füzulidə silah-sursat aşkar edildi - FOTO
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib.
Tapılan 5 pulemyot, 5 avtomat, 1 qumbaraatan, 1 Faqot, 1 snayper tüfəngi, 1 əl qumbarası, 3968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.