Şəhid Vidadi Zalov dəfn edildi - FOTO/VİDEO - YENİLƏNDİ
    • 12-04-2023, 12:37
    • 516

Şəhid Vidadi Zalov dəfn edildi - FOTO/VİDEO - YENİLƏNDİ

Şəhid Vidadi Zalov dəfn edilib. 

News24.az xəbər verir ki, şəhid Abşeron rayon Saray qəsəbəsində yerləşən şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, vətəndaşlar iştirak edib. 

Qeyd edək ki, Vidadi Zalov Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olub.

Qumral ƏLİYEVA
Nicat NİFTƏLİYEV