Yaşı 60-ı keçən müəllimlər imtahana buraxılmayacaq - RƏSMİ
    • 19-06-2023, 15:30
    • 201

Yaşı 60-ı keçən müəllimlər imtahana buraxılmayacaq - RƏSMİ

Yaşı 60 və yuxarı olan müəllimlərin MİQ imtahanında iştirakı ləğv edilib. 

News24.az
xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. 

"20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - deyə qurum rəhbəri qeyd edib.