Saakaşvili azad ediləcək? - Siyasətçinin vəkilindən AÇIQLAMA
    • 15-07-2023, 12:30
    • 266

Saakaşvili azad ediləcək? - Siyasətçinin vəkilindən AÇIQLAMA

Gürcüstan hakimiyyəti çətin ki, Ali Radanın vətənində həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı müraciətinə məhəl qoysun.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Şalva Xaçapuridze bildirib. Onun sözlərinə görə, söhbət Ukrayna parlamentinin Gürcüstan lideri Salome Zurabişviliyə sələfinin əfv olunması tələbi ilə müraciətindən gedir.

“Hesab edirəm ki, Gürcüstan hökuməti, təəssüf ki, layihəyə o qədər də diqqət yetirməyəcək. Avropa Parlamenti Saakaşvilinin siyasi məhbus olması ilə bağlı qətnamə qəbul edəndə bizim bununla bağlı təcrübəmiz oldu. Hökumət buna heç bir reaksiya vermədi. Əksinə, istehza və aqressiv bəyanatlar verildi. Təbii ki, indi də belə olacaq”, - Xaçapuridze qeyd edib.

O, həmçinin əlavə edib ki, bu vəziyyət Saakaşvilinin azad edilməsi uğrunda mübarizənin dayandırılması demək deyil. Xaçapuridze vurğulayıb ki, “sona qədər mübarizə aparmağa dəyər və nəticə olacaq”.

Aynurə