İranda qadın hüquqları müdafiəçiləri HƏBS EDİLİR
    • 19-08-2023, 15:09
    • 185

İranda qadın hüquqları müdafiəçiləri HƏBS EDİLİR

Ötən il İranı bürümüş ümummilli etirazların ildönümü ərəfəsində Tehran hakimiyyəti ən azı onlarla #fəalı həbs edib və dinc nümayişçilərin böyük bir qrupuna təzyiqləri artırıb. 

News24.az xəbər verir ki, bu barədə Beynəlxalq İnsan Haqları Təşkilatı (Human Rights Watch) məlumat verib. 

Təşkilat Rəşt şəhərində 12 qadın hüquq müdafiəçisinin həbs olunmasına toxunaraq qeyd edib ki, məhkumların ailələrinə onlar barədə heç bir məlumat verilmir. 

Təşkilatın məlumatına görə, ötən il sentyabrın 16-da “Əxlaq” polisi tərəfindən məcburi hicab bəhanəsi ilə Məhsa Əmininin öldürülməsindən sonra başlayan hökumət əleyhinə etirazlarda, repressiv qüvvələr yüzlərlə insanı qətlə yetirib, minlərlə etirazçını isə həbsə atıb. 

Aynurə