Putinlə Ərdoğan arasında görüş ehtimalı azdır - TASS
    • 21-08-2023, 13:52
    • 40

Putinlə Ərdoğan arasında görüş ehtimalı azdır - TASS

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalı azdır. 

News24.az xəbər verir ki, bu barədə “TASS”a agentliyin Ankaradakı mənbəsi məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda Türkiyədə belə bir görüşün keçirilməsi ehtimalı azdır.

Mənbə qeyd edib ki, belə bir səfər üçün fürsət və şərait olarsa, Ərdoğanın Rusiyaya gəlməsi ehtimalı var. Amma hazırda konkretlikdən danışmaq tezdir, bunlar sadəcə fərziyyələrdir.

Avqustun 19-da Türkiyə prezidentinin müşaviri Akif Çağatay Kılıç məlumat verib ki, Putinin Türkiyəyə səfəri üçün hazırlıqlar davam edir. Onun sözlərinə görə, bu istiqamətdə işlər Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ticarət Nazirliyi tərəfindən həyata keçirilir.

Türkiyənin “A Haber” telekanalı Ərdoğanla Putinin avqustun sonu və ya sentyabrın sonunda mümkün görüşünü açıqlayıb. Ankara və Moskva kimin qonaq, kimin ev sahibi olacağına hələ qərar verməyiblər.

Akqabay