BMT-nin bu məsələdəki səylərini yüksək qiymətləndiririk - LAVROV
    • 31-08-2023, 20:05
    • 117

BMT-nin bu məsələdəki səylərini yüksək qiymətləndiririk - LAVROV

"Rusiya BMT-nin baş katibi Antoniu Quterreşin "Taxıl sazişi" məsələsində göstərdiyi bütün səyləri yüksək qiymətləndirir. Dünən biz baş katiblə danışdıq və sazişin bərpası ilə bağlı yeni təşəbbüslərdən bəhs etdik, lakin onlar Moskva üçün heç bir zəmanət vermir".

News24.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada keçirilən görüşündə deyib.

Lavrov qeyd edib ki, Rusiya yalnız Rusiya-BMT memorandumunda yer alan bütün təminatlar yerinə yetirildikdən sonra taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə qayıtmağa hazırdır: “Rusiya Prezidenti dəfələrlə bildirib ki, Rusiya-BMT memorandumunda yer alan bütün təminatlar Quterreş paketinin bir hissəsi olaraq həyata keçiriləcəyinə görə, biz dərhal bu paketin Ukrayna hissəsində yazılanların həyata keçirilməsinə qayıdırıq”.