İsrailə dəhşət yaşadan "Qonaq" kimdir? -
    • 9-10-2023, 13:35
    • 561

İsrailə dəhşət yaşadan "Qonaq" kimdir? - "MOSSAD" Məhəmməd Deifini niyə ZƏRƏRSİZLƏŞDİRMİR?

HƏMAS-ın qoşunları 2 gün əvvəl İsrail sərhədinə sızaraq böyük əməliyyata başlayıb. 

News24.az "Sondakika.om"-a istinadən xəbər verir ki, Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplaşmalar bölgədəki yaşayış məntəqələrinə soxulub. İsrailin bir çox bölgəsi alov içində qalarkən, bütün dünya bu hücumdan şoka düşüb. Hər kəs ilk andan dünyada böyük təsir bağışlayan HƏMAS əməliyyatının memarı ilə maraqlanır.

Bu əməliyyatın memarı İzzəddin əl-Qəssam Briqadalarının tutulmaz lideri Məhəmməd Deifdən başqası deyil. Deif indiyədək onlarla qətldən sağ çıxıb.

İsrail ordusunun sözçüsü Hidai Zilberman deyib:

"2 il əvvəlki əməliyyatdan sonra “Biz bütün əməliyyat boyunca Məhəmməd Deifi öldürməyə çalışdıq”.  

Deifin 1965-ci ildə Xan Yunisin qaçqın düşərgəsində doğulduğu məlum olub.

Məhəmməd Deifə köçəri həyat tərzinə görə ərəbcə "qonaq" ləqəbini veriblər.

Deif 2002-ci ildə HƏMAS-ın qurucularından olan Salah Şehadanın öldürülməsindən sonra  HƏMAS-ın hərbi qanadının rəhbəri olub. 

Qeyd edək ki, Deif Qəzza zolağının altında hörümçək toru kimi yayılan tunelləri layihələndirən adam kimi də tanınır.

Ülkər ABDURAHMANLI