"Biz müstəqilliyimizi şəhidlərə borcluyuq" - Ersin Tatar
    • 14-10-2023, 12:55
    • 177

"Biz müstəqilliyimizi şəhidlərə borcluyuq" - Ersin Tatar

"Azərbaycanın nümunəsində digər türk dövlətlərinin də yanımızda olması ilə daha da güclənəcəyik".

News24.az-ın məlumatına görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar bildirib. 

O, Azərbaycan ictimaiyyətinə və mətbuatına təşəkkür edib:

"Mübarizəmizin ilk günlərindən Azərbaycan yanımızda idi. Biz Qarabağ müharibəsinin ilk illərindən Azərbaycanın yanında idik. Buradan Heydər Əliyevin xatirəsini hörmətlə anıram. Biz ilk günlərdən Azərbaycanın haqlı mübarizəsinə, xalqın qəhrəmanlığına şahid olduq. Bu yolda minlərlə şəhid verildi. Bakıya gəldiyim günün səhəri Şəhidlər xiyabanında Türk Şəhidliyini ziyarət etdik. Şimali Kiprin də çoxsaylı şəhidləri var. Biz müstəqilliyimizi şəhidlərə borcluyuq".

Fərid Azəri