Çin və ABŞ silahlarla bağlı razılığa gəldi
    • 2-11-2023, 17:02
    • 97

Çin və ABŞ silahlarla bağlı razılığa gəldi

“Gələn həftə Vaşinqtonda Çin və ABŞ silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı məsləhətləşmələr aparacaqlar”.

News24.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

“Gələn həftə Vaşinqtonda Çin və ABŞ arasında danışıqlar baş tutacaq. Beynəlxalq müqavilələrin icrası, silahlara nəzarət və nüvə silahının yayılmaması kimi məsələlər üzrə ətraflı fikir mübadiləsi planlaşdırılır”, - deyə Venbin vurğulayıb.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ hökumətindəki mənbələrə istinadən yazıb ki, ABŞ və Çin nümayəndələri noyabrın birinci yarısında Vaşinqtonda geniş spektrli məsələlər üzrə mühüm danışıqlar aparmaq niyyətindədirlər.

Qeyd edək ki, ABŞ və Çin nümayəndələri arasında görüş San-Fransiskoda APEC sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında planlaşdırılan danışıqlar ərəfəsində baş tutacaq.

Ayşən