Azərbaycanda məhkəmədə dava DÜŞDÜ
    • 13-11-2023, 13:14
    • 238

Azərbaycanda məhkəmədə dava DÜŞDÜ

Bakı Ağır Cinayətlər Məhkəməsində 44 günlük Vətən müharibəsi iştirakçısının qətlində təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanovun cinayət işi üzrə  məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən İlqar Abdurrahmanov İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüldüyü üçün məhkəmə iclasına gəlməyib.

Daha sonra hakim bildirib ki, noyabrın 16-da təqsirləndirilən şəxslərin barəsində olan həbs müddəti bitir. 

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin həbs qəti imkan tədbirinin dəyişdirilmədən saxlanılmasını istəyib.

Müşavirədən sonra qərar elan olunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin həbs müddəti dəyişdirilmədən saxlanılıb, iş üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdiriləcək.

Daha sonra zərərçəkmiş şəxslərin ailə üzvləri prosesə etiraz edib. Onlar məhkəmənin təxirə salınmasını istəməyib və məhkəmədə mübahisə yaranıb. 

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri olub. Hadisə xidmətdən kənar vaxtı saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilibmiş.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.

Samir Əli