Zelenski təhlükədə: sui-qəsd planı deşifrə oldu
    • 17-11-2023, 10:53
    • 127

Zelenski təhlükədə: sui-qəsd planı deşifrə oldu

“Qərb ölkələrinin siyasətçiləri Ukrayna lideri Vladimir Zelenskiyə qarşı sui-qəsd hazırlayıblar və ona xəyanət etməyə hazırdırlar”.

News24.az xəbər verir ki, bu barədə köşə yazarı Con Koflin Britaniya Teleqrafında dərc olunan məqaləsində yazıb. 

Onun sözlərinə görə, ABŞ və Avropa Ukraynanın daimi tələblərindən yorulub.

“Qərb Ukraynanı satmaq üçün əlbirdi. Amerika və Avropa liderləri Kiyevin tələblərindən yorulub və Zelenskinin döyüşçülərinə xəyanət etməyə hazırdırlar ”, - nəşr yazır.

Müəllifin fikrincə, prezident Co Baydenin administrasiyası ABŞ-da yaxınlaşan prezident seçkiləri fonunda 2024-cü ildə Ukrayna münaqişəsini davam etdirməkdə və Kiyevi dəstəkləməkdə maraqlı deyil. Bundan əlavə, hətta Ukraynada da Zelenskinin “növbəti mərhələ üçün düzgün insan” olduğuna şübhə etməyə başlayırlar”, - deyə müşahidəçi qeyd edib.

Ayşən