Ərdoğandan sərt sözlər:
    • 25-12-2023, 15:42
    • 134

Ərdoğandan sərt sözlər: "qarşımızı ala biləməyəklər"

"Terrorçular daha Türkiyə xalqı arasında nifaq toxumu səpə bilməycək. Terror hücumları ilə millətimizi bölmək dövrü bitib”.

News24.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanında yeni uçuş-enmə zolağının açılışında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, terrorla mübarizə davam edəcək:“Terrorla bizi məğlub edə bilməyəcəklər. Bütün cəhdlərə baxmayaraq, kimsə bizim yolumuzu kəsə bilməyib. Türkiyə yüz ilinin qarşısını da ala bilməyəcəklər. Uduzacaqlar”.

Ölkə başçısının sözlərinə görə, terrorçuları dəstəkləyənlərə imkan yaradılmayacaq.

Ayşən